Azərbaycanda ət də BAHALAŞDI

Azərbaycanda mal və quzu əti bahalaşıb.
Redaktor.az xəbər verir ki, yanvar ayının ilk ongünlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb.
Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır.
Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.
Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.