Vilayət Eyvazov polis mayorunu RƏİS TƏYİN ETDİ

 10:10 15.01.2022     5139

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Azad Məmmədov Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Ağdaş RPŞ-də İstintaq qrupunun baş müstəntiqi olub (oxu.az).