Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü nə vaxt veriləcək? - AÇIQLAMA

“Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.
Redaktor.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov “REAL TV”yə açıqlamasında deyib.
O bildirib ki, Vətən müharibəsi iştirakçıları yanvar ayı ərzində "Müharibə veteranı" statusunu və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü ala biləcəklər.