Xaçmazda qəza, Quba sakini xəsarət aldı

 22:59 15.01.2022     505

Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Rəşid Behbudov prospektində qeydə alınıb.

Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən Quba rayon Qamqam kənd sakini 1975-ci il təvəllüdlü Asəf Məbud oğlu Ocaqovu avtomobil vurub.

Hadisə nəticəsində xəsarət alan A.Ocaqov təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada kəllə-beyin travması, baş-beyin silkələnməsi, ənsə nahiyyəsinin yaralanması və sağ baldırın əzilməsi diaqnozları qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).