Başsız qalmış uşaqlarla bağlı DİN-dən RƏSMİ AÇIQLAMA
Şamaxıda başsız qalmış azyaşlılarla bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib.
Redaktor.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir:
"Yəni qadın COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".












