Hakerlər saxta "Unibank" səhifəsi yaratdılar - DİQQƏTLİ OLUN
Kiber dələduzlar "Unibank"ın rəsmi "LEOBANK" səhifəsinə bənzər səhifə açaraq, kart istifadəçilərinin məlumatlarını istəyib, balanslarındakı pulları oğurlamağa cəhd edirlər.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəbəkə istifadəçiləri əhalini diqqətli olmağa çağırıblar.












