Nazirlər Kabinetindən elmi işçilərlə bağlı QƏRAR
“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilib.
Redaktor.az-ın mılumatına görə, bu, Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri:
|
(manatla) |
|||
|
Təhsil alan kontingent |
Pedaqoji işçilər |
||
|
professor və ya elmlər doktoru |
dosent və ya fəlsəfə doktoru |
elmi dərəcəsi, elmi adı olmayan şəxslər |
|
|
Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr |
12,40 |
8,20 |
6,40 |
|
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri |
14,70 |
10,70 |
7,20 |
|
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisas- artırma kurslarının dinləyiciləri |
17,70 |
12,40 |
8,20 |












