Vilayət Eyvazovdan DİN-də yüksək vəzifəyə TƏYİNAT

 09:12 18.01.2022     5106

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "report"a faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən