BDU-nun 8 fakültəsinə dekan seçildi
Bakı Dövlət Universitetinin (BDU) 8 fakültəsinə yeni dekan seçilib.
Redaktor.az xəbər verir ki, seçkilərin nəticələrinə görə, Mamoy Mansurov - Geologiya fakültəsinin, Ələmdar Bayramov - Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova - Biologiya fakültəsinin, Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov - Tarix fakültəsinin, Bəxtiyar Paşayev - Fizika fakültəsinin, Elçin Məmmədov - Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.












