Güneyli Röya Azərbaycanın ən gözəl qızı seçildi - FOTO
Güney azərbaycanlı Röya Şirzadi Bakıda keçirilən "Miss Global 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Redaktor.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar layihə qapalı formatda keçirilib.
Müsabiqə iki mərhələdən ibarət olub və Azərbaycandan 18-30 yaş arası doqquz model, eləcə də digər ölkələrdən qızlar iştirak ediblər.
Münsiflərin səsverməsinin nəticələrinə görə, birinci yeri Röya Şirzadi tutub.
Şirzadi bu ilin fevralında İndoneziyada keçiriləcək beynəlxalq gözəllik müsabiqəsində təmsil edəcək.
















