11 ayda 15 mindən çox boşanma olub

 18:53 18.01.2022     373

2021-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyata alınan nikahların və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələrində 50890 nikaha daxilolma və 15659 boşanma qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Vumart və Güvən reklamı Vumart Güvən