Narkotikin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI - FOTO

 17:56 18.01.2022     251

Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ş. Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

2222
Vumart və Güvən reklamı Vumart Güvən