Cəbrayılda erməni hərbçinin qalıqları tapıldı
Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Redaktor.az “Sputnik Armeniya"ya istinadla xəbər verir ki, cəsəd Cəbrayılda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.
Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1706 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.












