Hacı Zeynalabdin Tağıyevin abidəsi sındırıldı – FOTO
Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi H.Z.Tağıyevin ötən gün Bakıda açılışı olan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb. Belə ki, Tağıyevin əlindəki təsbeh sındırılıb.














