Tağıyevin təsbehini qıran şəxslər saxlanıldı - FOTO
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi H.Z.Tağıyevin ötən gün Bakıda açılışı olan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb. Belə ki, Tağıyevin əlindəki təsbeh sındırılıb.












