Vilayət Eyvazovdan yeni təyinat

 19:35 19.01.2022     669

Göyçay rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə baş leytenant Vüsal Həsənov Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

V.Həsənov bu vəzifəyə qədər Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri vəzifəsində çalışıb.