"20 yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" - Prezidentin köməkçisi
1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi.
Redaktor.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Bu, Azərbaycan xalqının müstəqillik uğrunda olan əzmini daha da artırdı. Beynəlxalq ictimaiyyətə 20 Yanvar hadisələri haqqında məlumatı çatdıran ulu Öndər Heydər Əliyev olub. 20 Yanvar hadisələri Azərbaycan xalqının mübarizlik və qəhrəmanlıq salnaməsidir”, - deyə H.Hacıyev bildirib.













