“İrəli” gəncləri 20 Yanvar faciəsi qurbanlarını anıblar - FOTO

 20:13 20.01.2022     338

“İrəli” İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Redaktor.az xəbər verir ki, “İrəli” gəncləri Şəhidlər xiyabanında Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən igid övladlarımızın məzarını ziyarət edib, onların əziz xatirələrini hörmətlə anıblar.

“İrəli” İctimai Birliyi 250-dən çox gəncin iştirakı ilə “Əbədi məşəl” fləşmobu da həyata keçirib. Fləşmobda “İrəli” gəncləri tərəfindən 1200-dən çox şam işığı ilə Şəhidlər xiyabanında ucadılmış Əbədi məşəl abidəsinin eskizi yaradılıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bununla yanaşı, dünya ictimaiyyətini faciə barədə məlumatlandırmaq və dünya trendinə düşmək üçün “İrəli” gəncləri “Twitter”də #BlackJanuary, #20January1990, “20 Yanvar”, “Qanlı Yanvar” həştəqləri ilə aparılan kampaniyada aktiv iştirak ediblər.

Birlik tərəfindən həyata keçirilən silsilə tədbirlərin başlıca məqsədi  qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gənclərə çatdırmaq, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin müasir gənclikdə dövlətçilik ruhunu gücləndirməklə ölkənin gələcək taleyinə məsuliyyət hissini artırmaq olub.

2
Vumart və Güvən reklamı Vumart Güvən