"Azərbaycan aydın strategiya qəbul edib" - Erməni tarixçi

 14:54 21.01.2022     552

"Demarkasiya və delimitasiya prosesi əvvəldən səhv idi, çünki 2021-ci il mayın 12-də Azərbaycan silahlı qüvvələrinin təsirindən, yəni Ermənistan tərəfinin güc təhdidi altında prosesə daxil olmasından sonra, gündəm sürətlə irəli çəkilib".

Redaktor.az xəbər verir ki, bu sözləri erməni tarixçi Tadevik Hayrapedyan "Sputnik Armeniya"ya müsahibəsində deyib.

O, daha sonra Prezident İlham Əliyevin müsahibəsinə diqqət çəkərək, Azərbaycan tərəfinin geri addım atmaq fikrində olmadığını, Ermənistanı öz tarixi torpaqları kimi gördüyünü söyləyib.

Hayrapetyanın sözlərinə görə, Azərbaycan aydın strategiya qəbul edib, "gərgin vəziyyət" yaradaraq, öz gündəmi ilə demarkasiya və delimitasiya prosesində irəliləməyə çalışır, ilk növbədə Qarabağ məsələsini bağlamaq istəyir. O bildirib ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun proseslərin bir-biri ilə əlaqəli olmadığını bildirməsi təsadüfi deyil, Azərbaycan buna cavab olaraq, proses nəticəsində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmalı olduğunu israrla vurğulayıb.

“Mövcud vəziyyətdə Ermənistan tərəfi ən azı özünün ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyə, təhdidləri neytrallaşdırmağa, beynəlxalq tərəfdaşlarla daha aydın gündəmlərlə işləməyə hazır olduğunu nümayiş etdirməlidir”, - deyə erməni tarixçi bildirib.

Sübhan Şərif