Ramil Usubovun qohumu  İŞDƏN ÇIXARILDI

 14:53 21.01.2022     308

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Urxan Şirinov işdən azad edilib.

Redaktor.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, sərəncama götürülüb.

Urxan Şirinov DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur. N.Şirinov isə Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qaynıdır (oxu.az).