Azərbaycanda intihar edənlərin sayı - DƏHŞƏTLİ STATİSTİKA
Ötən il Azərbaycanda 612 intihar və intihara cəhd hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.
Baş Prokuror qeyd edib ki, bu faktlarla bağlı cinayət işləri başlanıb: "Ümumilikdə 6 nəfər təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib, 1 nəfər barəsində olan cinayət işi istintaqdadır".












