"Azəriqaz" rəhbərliyi Mingəçevirdə sahibkarlarla görüşəcək
"“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır".
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Mingəçevir şəhərində təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti, Gənclər evinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” yanvarın 26-da saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.












