Vilayət Eyvazov işdən çıxardığı polkovnikə yeni VƏZİFƏ VERDİ
Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyi tərkibində Daxili İşlər Nazirliyinin nümayəndəsi vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Elşad Süleymanov vəzifəsindən azad edilərək Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini vəzifəsinə təyin edilib (oxu.az).












