Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 18:34 24.01.2022     1641

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Redaktor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 634 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 594 nəfər müalicə olunaraq sağalıb, 8 619 nəfər vəfat edib, aktiv xəstə sayı 13 275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 145, ötən müddət ərzində isə ümumilikdə 6 070 424 test aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən