Suqovuşanda erməni hərbçinin qalıqları tapıldı

 23:14 24.01.2022     803

Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, cəsəd Suqovuşanda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1707 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən