Orta məktəbdə şagirdlərdən müəllimə hörmətsizlik - VİDEO
Məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb.
Redaktor.az xəbər verir ki, videonu təhsil eksperti Kamran Əsədov paylaşıb.
"Hə, necəsiniz cənablar? İstədiyinizə nail oldunuzmu? Hələ bu, görünən "hissə"lərdir. Hələ, əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq. Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib?
Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim... Sabah çox gec olacaq”, - təhsil eksperti videonu bu sözlərlə şərh edib.
Qeyd edək ki, Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.
Həmin videonu təqdim edirik.












