Mətanət İsgəndərlinin nəvələri anasına qaytarıldı - VİDEO

 13:53 25.01.2022     485

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı apellyasiya məhkəməsi baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Canana instaqram səhifəsində paylaşım edib.

O, övladlarının ona qaytarıldığını açıqlayıb: “Balalarımın üçünü də mənə qaytardılar. Ədalətli qərar oldu. Sabahkı ad günümün ən böyük hədiyyəsi oldu”.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşananda üç uşaq anadan alınaraq ataya verilmişdi. Sonradan isə Kərim ikinci dəfə evlənib.

Həmin görüntüləri təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən