İstanbuldan Bakıya təyyarə bu gün də gəlməyəcək - AZAL

 15:25 25.01.2022     416

Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub. Sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumatda deyilir ki, İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-ı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

Bununla əlaqədar olaraq, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib:

"Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində, KİV vasitəsilə və “Azərbaycan Hava Yolları”nın rəsmi sosial şəbəkə səhifələrində almalarını xahiş edirik".

Vumart və Güvən reklamı Vumart Güvən