Goranboyda qadın dərmandan zəhərləndi 

 21:58 25.01.2022     996

Goranboyda zəhərlənmə hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, rayon sakini, 1983-cü il təvəllüdlü S.Əhmədova müalicəsinə görə qəbul etdiyi dərmanı bilmədən normadan artıq istifadə etdiyi üçün zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən ona tibbi yardım göstərilib.

Qadının vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən