Xalq artisti ikinci ərindən də boşandı

 10:09 26.01.2022     4299

Xalq artisti Naibə Allahverdiyeva ikinci həyat yoldaşından ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, “Günün sədası” proqramına müsahibəsində deyib. Aktrisa xoşbəxt qadın olmadığını etiraf edib:

“Həyat yoldaşı öz qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. Mən onu əvvəlki kimi sevmirəm. Sevgini qazanmaq lazım idi, itirmək yox”.

Qeyd edək ki, N.Allahverdiyeva ikinci dəfə 2016-cı ilin dekabrında ailə həyatı qurub. Aktrisanın birinci nikahından Məryəm adlı qızı var.

Vumart və Güvən reklamı Vumart Güvən