Xalq artistinin ailəsində ağır itki - FOTO
Tanınmış dirijor, Bakı Musiqi Akademiyasının Drijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlova ağır itki üz verib.
Redaktor.az xəbər verir ki, bəstəkarın anası Xalidə xanım dünyasını dəyişib.
Xalidə xanım həm də Azərbaycanın tanınmış bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı Vasif Adıgözəlovun həyat yoldaşı idi.
Mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan - Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.















