ADPU-nun kafedra müdiri vəfat etdi

 14:21 26.01.2022     539

ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.

A.Adıgözəlov uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azadxan Adıgözəlov Səfərxan oğlu 1940-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. O, 1992-ci ildə Azərbaycan pedaqoqu, pedaqogika üzrə elmlər doktoru, 1993-cü ildə professor adlarına layiq görülüb. 2013-cü ildə Almaniyanın Honnover şəhərində Beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilib və həmin Akademiyanın ordeni ilə təltif olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən