"Azəriqaz" rəhbərliyi bu şəhər və rayonların sakinlərini onlayn qəbul edəcək

 11:32 27.01.2022     735

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu yanvar ayının 28-də saat 12:00-da keçiriləcək.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, baş direktor Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Göygöl rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Gəncə Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən