"Təcrübə və Təqaüd Proqramları" "AZ-GRANATA" ilə əməkdaşlıq edəcək

 12:05 27.01.2022     1061

"AZ-GRANATA" ilə "Təcrübə və Təqaüd Proqramları"arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Redaktor.az xəbər verir ki, sənədin imzalanmasında məqsəd tələbə və məzunların fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisənin kadr potensialını artırmaqdır.

Müqaviləyə əsasən təhsil alan və təhsilini başa vurmuş gənclər "AZ-GRANATA" MMC-də təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər.

Həyata keçiriləcək təcrübə müddətində gənclər ixtisaslarına uyğun işdə çalışacaq, müvafiq sahə üzrə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə layihələrdə fəaliyyət göstərəcəkləe.

Bununla yanaşı, gənclər uğurlu karyera üçün lazım olacaq texniki və fərdi bacarıqları inkişaf etdirmək imkanı qazanacaqlar. Mövcud proqram üzrə təcrübəsini uğurla başa vuran iştirakçıya sertifikat təqdim ediləcək. Təcrübəçilər proqram müddətində ən yaxşı təcrübəçi adına layiq görülərək "Tövsiyə" məktubu da əldə edə bilərlər. Təcrübəçilərin qidalanması və servis xidməti "AZ-GRANATA" tərəfindən təmin ediləcək.

Proqramı müvəffəqiyyətlə başa vuran şəxslər karyerasını "AZ-GRANATA" MMC-də davam etdirmək şansı da əldə edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən