Azərbaycanda yeni televiziya kanalı yaradıldı

 17:45 27.01.2022     10686

Azərbaycanda gələn ay yeni televiziya kanalı peykdən yayıma başlayacaq.

Redaktor.az xəbər verir ki, bölgə kanalı olan “ARB - Şəki” bundan sonra “Kanal S” kimi peyk vasitəsilə dünyada yayımlanacaq.

Qeyd edək ki, inzibati binası Şəkidə yerləşən “ARB- Şəki” əvvəllər  “Region TV”nin nəzdində “Kanal S“ kimi fəliyyət göstərib.

Yeni kanala hazırda “ARB” kanalının icraçı direktoru olan Rəşad Məmmədovun rəhbərlik edəcəyi deyilir.

İLTİFAT