Daha 4 nəfər dəm qazından zəhərləndi

 08:59 28.01.2022     1152

Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Masazır qəsəbəsində 1997-ci il təvəllüdlü Mehdiyeva Ofelya Şakir qızı, 2007-ci il təvəllüdlü Səfərova Güldəstə Samur qızı, Xırdalan şəhərində 1995-ci il təvəllüdlü Abışova Zamiyə Məhərrəm qızı və Saray qəsəbəsində 1995-ci il təvəllüdlü Dadaşov Əli Talıb oğlu dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən