Qarabağda ilk bu şəhərlər qazlaşdırılacaq - AÇIQLAMA

 13:54 28.01.2022     424

"İlk növbədə Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə qazlaşma işləri  ilə bağlı hazırki mərhələdə yalnız layihələndirmə işləri həyata keçirilir:
“İlk növbədə gündəmdə Şuşa şəhərinin və Ağdam şəhərinin qazlaşdırılması nəzərdə tutulub. Layihələndirmə işləri və maliyyə işləri başa çatdıqdan sonra azadedilmiş ərazilərdə qazlaşdırılma işləri aparılacaq. Qeyd edilən işlər başa çatdıqdan və  qaz sayğacları quraşdırıldıqdan sonra istismara verilmə ərəfəsində kodlaşdırılma işləri həyata keçiriləcək”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən