"Azəriqaz" bu dəfə Astarada "Açıq mikrofon" quracaq

 16:14 28.01.2022     568

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Astara rayonu, Səlivə kəndində təşkil olunacaq.

Yanvarın 31-də saat 13:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən