Füzulidə erməni hərbçinin cəsədi aşkarlandı

 19:02 28.01.2022     607

Füzuli rayonunun işğaldan azad olunan ərazisində daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, erməni hərbçinin cəsədi bu gün aparılan axtarışlar zamanı tapılıb.

Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən