"Aİ-92" idxal rüsumundan azad edildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Redaktor.az-ın məlumatına görə, qərara əsasən, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.
Bu Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq edilir və 2022- ci il 1 iyun tarixinədək qüvvədədir.












