Tərtərdə narkotik çəkib nəqliyyat vasitəsi idarə edən sürücü saxlanıldı - FOTO
Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Mahmud Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb.
Redaktor.az xəbər verir ki, yoxlamalar zamanı M.Ağayevin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.
M.Ağayev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib (report).












