Ağcabədidə koronavirus xəstəsi ictimai yerdə aşkar edildi

 12:31 30.01.2022     331

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Redaktor.az xəbər verir ki, şəhər sakini Rəşidə İbrahimovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən