Şiddətə məruz qalan qadın görün nə etdi? - FOTO - YENİLƏNİB
Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Reedaktor.az Suraxanı rayon Prokurorluğuna istinadən xəbər verir ki, , dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
Məlumata görə, Gülnar Vəlizadə həyat yoldaşı Elşən Hadızadə ilə birlikdə Suraxanı rayonu, Hövsan qəbəsində bir otaqlı evdə yaşayıblar. İki azyaşlı övladları var. Cütlük tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə həyatı qurublar.
G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə, Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi təcili yardımla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.















