Səbaildə mənzildə kişi meyiti aşkarlandı

 23:33 30.01.2022     386

Bakı şəhərinin Səbail rayonunda meyit aşkarlanıb.

Bu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Xoxonov Vladimir Nikolayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Vumart və Güvən reklamı Vumart Güvən