Hafiz Məmmədov dövlətə borcunun 600 min manatını ödədi - YENİLƏNİB

 19:13 31.01.2022     807

Məşhur iş adamı Hafiz Məmmədov dövlətə borcundan 600 min manatını ödəyib, qalan hissəsini bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1 465 200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.

Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.

Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir.

***

İş adamı Hafiz Məmmədov ev dustaqlığına buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun vəkilləri tərəfindən verilən vəsatət təmin olunub.

Qeyd edək ki, Hafiz Məmmədov vergi borcunu ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən