"Yaz sessiyasında bizi gərgin iş gözləyir" - Sahibə Qafarova

 11:19 01.02.2022     265

“Yaz sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada hökumətin hesabatı da dinləniləcək”.

Redaktor.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker qeyd edib ki, sessiya ərzində dövlət büdcəsinin icrası haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq: “O cümlədən bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulur”.

O bildirib ki, yaz sessiyası dövründə Milli Məclis dövlət büdcəsinin icrası haqqında qanun layihəsini də müzakirə edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən