Azərbaycanda bu radionun adı DƏYİŞDİ
Azərbaycanda bu gündən Türk Millətlər Birliyinin (TMB) radiosu fəaliyyətə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov bildirib.
Onun sözlərinə görə, “100.5 FM-Fərqli radio”nun adı dəyişib.
"Televiziya və radio kanalları rebrendinq edəndə bizə bu barədə məlumat verirlər. “100.5 FM” də rebrendinq edilib, artıq radio “RADİO TMB” kimi fəaliyyətini davam etdirəcək" deyən Aparat rəhbərinin sözlərinə görə, rebrendinq üçün isə lisenziyaya ehtiyac yoxdur (apa)
"Təbii ki, radio lisenziya əsasında fəaliyyət göstərir”, - deyə F.Novruzov qeyd edib.












