Tağı Əhmədov əlil arabasında gəzir: “Həkim yoxdur ki, məni sağalda”

 13:48 01.02.2022     1023

“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

Redaktor.az xəbər verir ki, bu sözləri "qaynarinfo"ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. 

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: 

“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.

Vumart və Güvən reklamı Vumart Güvən