Bakı Nəqliyyat Agentliyindən deputatın ittihamlarına CAVAB

 16:03 01.02.2022     882

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib. O, bildirib ki, sözügedən agentliyn hələ də konsepsiyası yoxdur:

“Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir. Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub. Konsepsiya hazırlanmalıdır. Elə, o çəkir, bu çəkir. Bəs o pullar hara gedir? BNA rəhbərliyi qısa müddətdə konsepsiya hazırlasın. Deputatın burada heç bir marağı yoxdur. Deputatın burada təkcə marağı odur ki, insanlar bu məsələlərlə bağlı müraciətlər edirlər. Normal formada biz bunu həll edə bilərik”, - o, vurğulayıb.

Avtomobil parklanması ilə bağlı paytaxtda ciddi problemlərin olması heç kimə sirr deyil. Zaman-zaman Bakı sakinləri bu sahədəki nöqsanlarla bağlı şikayətlərini dilə gətiriblər. Deputatın fikirlərinə, həmçinin şikatyətlərlə bağlı BNA -nın mövqeyini öyrəndik. 

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Redaktor.az-a bildirdi ki, agentlik şəhərin parklanma siyasəti ilə bağlı məsələyə dayanıqlı, şəhər mobilliyi baxımından yanaşır.

"Və elə bu yanaşmadan çıxış edərək konsepsiya işlənib hazırlanıb. Konsepsiya xarici ölkə şəhərlərinin təcrübəsi öyrənilməklə, eyni zamanda, Bakı şəhərinin tələb və təklifi ətraflı təhlil edilməklə hazırlanıb. Konsepsiyada əksini tapan parklanma idarəçiliyi modeli şəhərin strateji mobillik hədəflərinə nail olma istiqamətində şəhərin zonalarına bölünməsini, tarif siyasətinin və vaxt məhdudiyyətinin tətbiqi kimi taktiki tədbirləri nəzərdə tutur”,- deyə M.Ağayev bildirdi.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən