"Gənclər, mən sizə inanıram, güvənirəm" - İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısının Tvitter hesabındakı paylaşımında "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyə yazılıb.
Qeyd edək ki, sabah - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Bu gün 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.













